...

"Unibank" kartı olanlar üçün 54 min manat qazanmaq şansı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2014 23:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

Unibank-ın 732 müştərisi pul mükafatı qazanacaq. "Unibank" kartına sahib müştərilər mayın 3-dən avqustun 31-dək davam edən "Kredit kartınızla əməliyyat edin və qazanın" tirajlı stimullaşdırıcı lotereyasının iştirakçısıdır.

Unibank-ın kredit kartı ilə Azərbaycan və xarici ölkələrdə nağd və ya nağdsız əməliyyat edən müştərilərin lotereyanın qalibi olmaq şansları var. Ümumi uduş fondu 54.000 manat təşkil edən lotereyanın 4 tirajında 732 qalib seçiləcək. Hər tirajın nəticələrinə görə, 150 nəfər 50 AZN, 30 qalib 100 AZN, 3 nəfər isə 1000 AZN pul mükafatı qazanacaq.

Lotereyada tirajın keçirildiyi aydan əvvəlki ayda bağlanan və bütün aktiv kredit kartları iştirak edəcək. Müştərinin kredit kartı ilə həyata keçirdiyi əməliyyatın hər tam 10 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Məsələn, müştəri kredit kartı ilə 127 AZN və ya 127 USD əməliyyat edərsə, bu zaman müştəri lotereyada iştirak üçün 12 şans əldə edir. Qaliblər komissiya tərəfindən xüsusi kompüter proqramı vasitəsilə elektron püşkatma qaydasında həyata keçirilir.

Hər bir lotereya iştirakçısının öz eyniləşdirmə nömrəsi olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti