...

“FINCA Azerbaijan” Uşaqlar üçün “Gələcəyimizi Birlikdə Quraq” adlı silsilə tədbirlər keçirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2014 18:48 (UTC +04:00)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcəyimizi Birlikdə Quraq” adlı silsilə tədbirlər həyata keçirmişdir.
“FINCA Azerbaijan” Uşaqlar üçün “Gələcəyimizi Birlikdə Quraq” adlı silsilə tədbirlər keçirdi (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Gələcəyimizi Birlikdə Quraq" adlı silsilə tədbirlər həyata keçirmişdir.

Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində uşaqlara yönümlü layihələrə xüsusi önəm verən təşkilat 1 İyunla bağlı ölkənin bir çox yerlərində bayram şənlikləri, müxtəlif tədbirlər təşkil etmişdir.
Miqyasına görə ən böyük tədbirlər 30 may Ağcabədi rayonunda və 1 iyun tarixində Bakı şəhərində, digərləri isə Gəncə, İsmayıllı və Goranboy rayonlarında keçirilmişdir.

Ağcabədi rayonunda sərgi-konsert şəklində təşkil olunan tədbirdə, FINCA Azerbaijanın Ağcabədi filialının təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyilə məktəb və bağçalarda 1 ay ərzində davam edən "Ən yaxşı hekayə" və "Ən yaxşı rəsm" müsabiqəsinin qaliblərinin adları açıqlanmış və mükafatlandırma mərasimi həyata keçirilmişdir.

Binəqədi rayonu Zərifə Əliyeva parkında təşkil olunmuş konsert proqramında uşaqların əl və rəsm işlərindən ibarət sərgi, müxtəlif rəqs və musiqi nömrələri təqdim olunmuşdur.

Hər iki tədbirdə Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, rayon uşaq bağça və məktəblərinin üzvləri, Azad Şabanov, Çingiz Mustafayev və digər sevilən gənc müğənnilər iştirak etmişdilər.

Konsert proqramının sonunda tədbirlərdə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti