...

"TuranBank" su təsərrüfatı və meliorasiya işçiləri üçün kredit faizlərində 3% endirim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2014 18:35 (UTC +04:00)
"TuranBank" su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik edir və onlar üçün kredit faizlərində 3% endirim edir.
"TuranBank" su təsərrüfatı və meliorasiya işçiləri üçün kredit faizlərində 3% endirim edir

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə hər il iyun ayının 5-də Azərbaycanda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilir.

"TuranBank" su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik edərək 5, 6 və 9 iyun tarixlərində onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Göstərilən tarixlərdə TuranBank-ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim TuranBank-ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti