...

Azərbaycan Gürcüstan iqtisadiyyatına qoyulan investisiyaların həcminə görə ikinci yerdədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2014 17:18 (UTC +04:00)
2014-cü ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 47 milyon dollar investisiya yatırıb.
Azərbaycan Gürcüstan iqtisadiyyatına qoyulan investisiyaların həcminə görə ikinci yerdədir

Gürcüstan, Tbilisi, 9 iyun /Trend, müxbir N.Kirsxaliya/

2014-cü ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 47 milyon dollar investisiya yatırıb. Gürcüstan Milli Statistika Xidmətindən Trend-ə verilən məlumata görə, bu göstərici hesabat dövründə Gürcüstanın iri investorları arasında ikincidir.

Statistika Xidmətindən qeyd ediblər ki, bu göstərici üzrə birinci yeri Niderland (73 milyon dollar), üçüncü yeri isə Böyük Britaniya (35 milyon dollar) tutur.

I rübdə Gürcüstana birbaşa xarici investisiyalar 260 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 15 faiz üstələyir.

Gürcüstan iqtisadiyyatına qoyulan investisiyaların ən böyük həcmi maliyyə sektorunun payına (89 milyon dollar və ya investisiyaların ümumi həcminin 34 faizi) düşüb.

İkinci yeri emal sənayesi (46 milyon dollar), üçüncü yeri isə nəqliyyat və rabitə sektorları (44 milyon dollar) tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti