...

Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2014 17:20 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iyunun 28-də Qazaxıstanın Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulur.
Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Emin Əliyev/

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iyunun 28-də Qazaxıstanın Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulur. Bu barədə Trend AZPROMO-ya istinadən məlumat verir.

Səfər Azərbaycan iş adamlarına Qazaxıstanda tərəfdaş tapmaq və ölkəmizdə istehsal olunan məhsulların ixracının genişləndirilməsi məqsədilə həyata keçirilir.

Bu, 2014-cü ilin əvvəlindən Azərbaycan və Qazaxıstan arasında ikinci biznes forum olacaq.

Maraqlananlar ətraflı məlumat üçün AZPROMO-ya müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti