...

Bank VTB (Azərbaycan) aktivlərin və kredit portfelinin dinamikası – renkinq üzrə ölkə banklarının TOP 3-lüyünə daxildir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 11:13 (UTC +04:00)
2014-cü ilin birinci rübünə olan fəaliyyətinin yekunları üzrə ölkə banklarının maliyyə göstəricilərinə əsaslanaraq, VTB (Azərbaycan) aktivlərin və kredit portfelinin dinamikası üzrə Azərbaycan banklar arasında ikinci yerdədir.
Bank VTB (Azərbaycan) aktivlərin və kredit portfelinin dinamikası – renkinq üzrə ölkə banklarının TOP 3-lüyünə daxildir

Azərbaycan, Bakı, 30 iyun /Trend/

2014-cü ilin birinci rübünə olan fəaliyyətinin yekunları üzrə ölkə banklarının maliyyə göstəricilərinə əsaslanaraq, VTB (Azərbaycan) aktivlərin və kredit portfelinin dinamikası üzrə Azərbaycan banklar arasında ikinci yerdədir. 2013-cü ilin birinci rübü ilə müqayisədə Bank VTB (Azərbaycan) ASC-nin aktivləri 110,7%-ə (205,371 mln. manata çatıb), kredit portfelinin həcmi üzrə isə 127,3%-ə (194,377 mln. manata çatıb) yüksəlmişdir.

Bundan əlavə, Bank VTB (Azərbaycan) istehlak kreditlərinin artım dinamikası üzrə Azərbaycan banklarının siyahısında üçüncü yeri və kredit portfelində avtokreditlərin illik dinamikasında ikinci yeri tutur. Müştərilərinin sayına görə VTB (Azərbaycan) habelə ölkə banklarının ümumi siyahısında 17-ci, kredit portfelinin həcminə görə 19-cu, bazardakı istehlak kreditlərinin payına görə isə 8-ci yerdədir.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti