...

Azərbaycan Gürcüstanın ixracı üçün əsas bazar olmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 20:46 (UTC +04:00)
2014-cü ilin yanvar-may aylarında Gürcüstanın ixracının 20,5 faizi Azərbaycanın payına düşüb.

Azərbaycan, Bakı, 30 iyun /Trend/

2014-cü ilin yanvar-may aylarında Gürcüstanın ixracının 20,5 faizi Azərbaycanın payına düşüb. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin xarici ticarət haqqında hesabatında deyilir.

Yanvar-may aylarında Gürcüstandan Azərbaycana 240,42 milyon dollar dəyərində məhsul ixrac edilib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana ixrac 10,38 faiz azalıb. Müqayisə üçün bildirək ki, keçən ilin yanvar-may aylarında Azərbaycana 268,26 milyon dollarlıq mal ixrac edilib.

Hesabatda qeyd olunur ki, bu göstərici üzrə ikinci yerdə Ermənistandır. Bu ilin əvvəlindən Ermənistana 129,7 milyon dollar məbləğində Gürcüstan məhsulu ixrac edilib. Bu, ixracın ümumi həcminin 11 faizini təşkil edir.

Gürcüstan mallarının ixrac həcmi üzrə üçüncü yeri isə Rusiya tutur (108,39 milyon dollar). Bu, 2014 il yanvar-may aylarında Gürcüstanın ixracının 9,2 faizini təşkil edir.

İlin əvvəlindən Gürcüstan və Azərbaycan arasında əmtəə dövriyyəsi 489,44 milyon dollar təşkil edib. Gürcüstanın bütün xarici ticarət dövriyyəsinin 10,9 faizi Azərbaycanın payına düşür (4,5 milyard dollar).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti