...

Azərbaycanda elektron ipoteka sisteminə texniki dəstəyin podratçısı müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2014 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Emin Əliyev/

Ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondu (AİF) bir sıra informasiya sistemlərinə texniki dəstək göstərilməsi üzrə podratçını seçib. Trend-in məlumatına görə, bu barədə AİF-in çərşənbə günü yaydığı xəbərdə deyilir.

Məlumatda bildirilir: "Elan edilmiş tenderin qalibi "GT Solutions" MMC oldu. Şirkət ilə müvafiq müqavilə iyunun 30-da bağlanıb".

Podratçı elektron ipoteka, "GNI Software" avtomatlaşdırılmış mühasibat sistemlərinə, eləcə də Fondun informasiya mübadiləsinin modul sisteminə texniki dəstək göstərəcək.

AİF 2005-ci ilin dekabrında yaradılıb, 2006-cı ilin martından isə ipoteka kreditlərinin verilməsinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti