...

"AtaSığorta" ilin I yarısında 5 milyon manata yaxın sığorta haqqı yığıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2014 18:00 (UTC +04:00)
“AtaSığorta” ASC 2014-cü ilin 6 ayı üzrə maliyyə nəticələrini açıqlayıb.
"AtaSığorta" ilin I yarısında 5 milyon manata yaxın sığorta haqqı yığıb

Azərbaycan, Bakı, 31 iyul /Trend/

"AtaSığorta" ASC 2014-cü ilin 6 ayı üzrə maliyyə nəticələrini açıqlayıb.

ASC-dən Trend-ə verilən məlumata əsasən, cari ilin 6 ayı ərzində şirkətin sığorta haqqı yığımları 4,72 milyon manat təşkil edib.

"AtaSığorta" 2014-cü ilin müvafiq dövrü ərzində 1,59 milyon manatdan artıq sığorta ödənişi həyata keçirib.

Şirkətin nizamnamə kapitalı 10,0 milyon manat təşkil edir, aktivlərin ümumi həcmi isə 25,0 milyon manata yaxındır.

"AtaSığorta" ASC-nin 2014-cü ilin 6 ayı üzrə balans mənfəəti 1,04 milyon manat təşkil edib.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti