Azərbaycan, Bakı, 11 avqust /Trend/
2014-cü ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 1,95 dəfə artaraq 7,007 milyard manat təşkil edib. Bu barədə Trend-ə BFB-dən məlumat verilib. Ay ərzində bazar 18,5 faiz artıb.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 4,027 milyard manat (34,9 faiz artım) təşkil edib. Korporativ qiymətli kağızlar bazarının dövriyyəsi isə 2,98 milyard manat (4,95 faiz artım) olub.
Korporativ və dövlət sektorları üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2014-cü ilin yanvar-iyul ayları):
Bazarın seqmentləri |
31.07.2014 |
30.07.2013 |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Dİ (AR MN) - (yerləşdirmə) |
56,757,735.96 |
22 |
60,553,101.77 |
36 |
93.73% |
Dİ (AR MN) - (təkrar bazar) |
17,745,644.13 |
13 |
12,949,227.52 |
4 |
137.04% |
Notlar (AR MB) - (yerləşdirmə) |
114,085,388.61 |
37 |
199,914,842.17 |
76 |
57.07% |
Notlar (AR MB) - (təkrar bazar)) |
302,813,539.11 |
22 |
43,955,612.02 |
4 |
688.91% |
Repo əməliyyatları |
3,535,442,985.80 |
292 |
2,667,284,090.65 |
281 |
132.55% |
DQK bazarı cəmi |
4,026,845,293.61 |
386 |
2,984,656,874 |
401 |
134.92% |
Korporativ istiqrazlar - (yerləşdirmə) |
1,802,559,601.94 |
69 |
76,090,025.60 |
53 |
2368.98% |
Korporativ istiqrazlar - (təkrar bazar) |
416,501,051.90 |
162 |
288,221,628.62 |
105 |
144.51% |
Səhmlər - (yerləşdirmə) |
758,607,963.50 |
568 |
223,815,589.10 |
234 |
338.94% |
Səhmlər - (təkrar bazar) |
2,949,942.13 |
2,668 |
13,771,828.28 |
2,379 |
21.42% |
KQK bazarı cəmi |
2,980,618,559.47 |
3,467 |
601,899,071.60 |
2,771 |
495.20% |
Cəmi: |
7,007,463,853.08 |
3,853 |
3,586,555,945.73 |
3,172 |
195.38% |
İxtisarlar:
Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK- Korporativ qiymətli kağızları