...

Azərbaycanda gömrük qanunvericiliyinin pozulması faktları azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2014 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 5244 inzibati qanun pozuntusu aşkar edilib. Bu rəqəm ötən ilin eyni dövründə 6904-ə bərabər olub. Trend-in məlumatına görə, bu barədə DGK-nın hesabatında deyilir.

Onlardan 124-si qanunsuz keçirməyə cəhd, 137-si əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 4340-ı isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin hesabat dövrü ərzində gömrük qanunvericiliyinin pozulması üzrə cinayət xarakterli 204 fakt (2013-cü ilin yanvar-iyulunda 192 fakt) qeydə alınıb.

Məlumata görə, 142 fakt qaçaqmalçılıqla, 95-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə təqribən 69,96 kiloqram narkotik vasitə, 69,18 qram psixotrop maddə ələ keçirilib. Həmçinin 1 ədəd aksiz markaları olmadan malların idxalı faktı qeydə alınıb.

Bu faktlar üzrə yanvar-iyul aylarında şübhəli şəxs qismində 240 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti