...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2014 20:52 (UTC +04:00)
Azərbaycanda yanvar-iyul aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsalı faktiki qiymətlərlə 2 990 milyon manat təşkil edib və keçən ilin eyni dövrünə nisbətən 4,2 faiz azalıb. Bu barədə Trend Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı azalıb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda yanvar-iyul aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsalı faktiki qiymətlərlə 2 990 milyon manat təşkil edib və keçən ilin eyni dövrünə nisbətən 4,2 faiz azalıb. Bu barədə Trend Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, qeyd edilən dövrdə heyvandarlıq sahəsində məhsul istehsalı 3 faiz, bitkiçilik məhsulları isə 10,8 faiz artıb.

2014-cü il iyunun 1-nə Azərbaycanda əkin sahələrinin ciddi uçotu aparılıb. Ölkənin əkin sahələrinin ümumi sahəsi 1612,7 min hektar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azdır.

Ümumi əkin sahələrindən 1000,5 min hektarı (və ya 62 faiz) dənli və paxlalı bitkilərin, 43,7 min hektarı (3,6 faiz) texniki bitkilərin, 165,8 min hektarı (10,3 faiz) kartof, tərəvəz və bostan, 402,7 min hektarı (25 faiz) isə yem bitkilərinin payına düşüb.

Cari ilin avqustun 1-nə olan vəziyyətə görə Azərbaycanda məhsul yığımı davam edir.

Hesabat dövründə ölkədə 948,5 min ton dənli bitki (qarğıdalı istisna olmaqla) istehsal olunub. Hər hektardan orta hesabla 22,8 sentner dənli bitki yığılıb. Toplanan qarğıdalı nəzərə alınmaqla 2014-cü ilin yanvar-iyul aylarında dənli bitki istehsalı 2176,3 min ton olub.

Hesabat dövründə təsərrüfatlarda 717,8 min ton tərəvəz məhsulu, 466,1 min ton kartof, 325,1 min ton bostan məhsulu, 176,6 min ton meyvə və giləmeyvə istehsal olunub.

Hesabat dövründə respublikada 252,4 min ton diri çəkidə ət, 1103,6 min ton süd, 889,1 milyon ədəd yumurta, 15,4 min ton yun istehsal edilib.

Yanvar-iyul aylarında respublikada ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 3,5 faiz, yumurta istehsalı 11,3 faiz, yun istehsalı isə 1,6 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti