...

Bakının ilkin daşınmaz əmlak bazarında təkliflərin 50 faizdən çoxu "ekonom-klass" tipli mənzillərin payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2014 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Zülfiyyə Qurbanova/

Bakının ilkin mənzil bazarında 1 kvadratmetrin orta hesabla qiyməti il ərzində 25 faiz artaraq 973 manat (1241 dollar) təşkil edib. Müqayisə üçün, 2013-cü ilin iyul ayında ilkin mənzil bazarında 1 kvadratmetrin qiyməti 781 manat (996 dollar) olub. Trend-in məlumatına görə, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.

Hesabata əsasən, 2014-cü ilin əvvəlindən Bakının ilkin bazarında mənzilin 1 kvadratmetrinin qiyməti 5 faiz artıb. Müqayisə üçün, cari ilin yanvar ayında Bakıda 1 kvadratmetrin orta hesabla qiyməti 926 manat (1181 dollar) təşkil edib.

Qeyd edilən dövrdə Bakının ilkin mənzil bazarında təkliflərin sayı 568 ədəd olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən (419 təklif) 35,5 faiz çoxdur.

Hesabatda deyilir ki, ümumi təkliflər portfelinin 51,8 faizini "ekonom-klass" tipli mənzillər təşkil edir ki, onların da 1 kvadratmetrinin orta hesabla qiyməti 950 dollardır, 45,1 faizi "biznes-klass" tipli ilkin mənzillər (1500 dollar), 3,2 faizi isə "VIP-klass" mənzillərdir (2600 dollar).

Elit mənzillər, əsasən, Yasamal, Səbail və Nəsimi rayonlarındadır.

Hesabata görə, ilkin bazarda satışa çıxarılmış mənzillərin 38 faizi Yasamal, 14 faizi Nəsimi, 12 faizi Xətai, 10 faizi Nərimanov, hər biri 9 faiz olmaqla Nizami və Binəqədi rayonlarının payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti