...

"Xalq Bank" Mobil Bank xidmətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2014 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Xalq Bank, müştərilərə Mobil Bank xidmətinin üstünlüklərindən faydalanmağı təklif edir.

Trend xəbər verir ki, bankın bazr ertəsi yaydığı məlumata görə, Mobil Bank xidməti mobil telefon vasitəsilə günün istənilən vaxtında, 24/7 rejimində kart hesabı üzrə müxtəlif əməliyyatlar aparmaq və ödənişlər etmək imkanı verir. Bu xidmət vasitəsilə müştərilər kommunal ödənişlər edə, mobil operatorların, internet provayderlərin xidmətlərini ödəyə, kartdan karta pul köçürə (Card-to-Card), kart itərsə və ya oğurlanarsa onu bloklaşdıra, hesabdan çıxarışlar və balans haqqında məlumat ala bilərlər. Sistemin imkanları daim yenilənir və artırılır.

Mobil Bank xidmətinə ölkənin hər üç mobil operator nömrəsi ilə Banka müraciət etmədən qoşulmaq mümkündür. Bunun üçün sadəcə olaraq Xalq Bankın bankomatından üzərində şifrələr göstərilən çeki almaq və Bankın saytında sistemdə işləmək üçün lazım olan proqram təminatını telefona yükləmək kifayətdir.

Xatırladaq ki, Mobil Bank tam güvənli və təhlükəsizdir, sistemdə aparılan bütün əməliyyatlar, ötürülən məlumatlar şifrələnir və birdəfəlik parollarla qorunur.

Xalq Bank kart müştəriləri üçün Mobil Bank-dan əlavə İnternet Bank, SMS-Məlumatlandırma, Cash-by-code, Cash to any card və bu kimi müştərilərin rahatlığını, kart üzrə tranzaksiyaların operativliyini və asanlığını təmin edən digər xidmətlərdən də istifadə etmək imkanı yaratmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti