...

Ekspert: Azərbaycanın rəqabət qabiliyyətlilik reytinqini gələcəkdə yaxşılaşdırması üçün bütün imkanları var

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2014 17:54 (UTC +04:00)
Azərbaycanın Dünya İqtisadi Forumunun (DİF) rəqabət qabiliyyətlilik reytinqində mövqeyini gələcəkdə yaxşılaşdırması üçün bütün imkanları var.
Ekspert: Azərbaycanın rəqabət qabiliyyətlilik reytinqini gələcəkdə yaxşılaşdırması üçün bütün imkanları var

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Fərid Rzayev/

Azərbaycanın Dünya İqtisadi Forumunun (DİF) rəqabət qabiliyyətlilik reytinqində mövqeyini gələcəkdə yaxşılaşdırması üçün bütün imkanları var. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Marketinq Assosiasiyasının prezidenti Cahangir Nəcəfov deyib.

Azərbaycan dünya ölkələrinin rəqabət qabiliyyətlilik reytinqində öz mövqeyini yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub. Bu barədə DİF-in dərc etdirdiyi 2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyətliliyi üzrə hesabatda deyilir.

Onun sözlərinə görə, bu, Azərbaycan üçün müsbət hadisədir: "Azərbaycan keçmiş sovet ölkələrindən yalnız Estoniyadan geri qalıb. Azərbaycan ilk dəfə olaraq reytinqdə iki Baltikyanı ölkəni - Latviya və Litvanı qabaqlayır. Bununla yanaşı, ölkəmiz bu reytinqdə Rusiya və Qazaxıstanı da geri qoyub. Bu, Azərbaycan rəhbərliyinin məhsuldar işinin nəticəsidir".

C.Nəcəfov qeyd edib ki, Azərbaycanın reytinqdə mövqeyini daha da möhkəmləndirməsi üçün lisenziyalaşdırma və gömrük rüsumları sistemini təkmilləşdirmək lazımdır: "Azərbaycanın reytinqdə mövqeyinin yaxşılaşmasının əsas şərti bundan sonra da xarici ticarətin liberallaşdırılması olacaq".

DİF reytinqləri münasib statistik məlumatların kombinasiyasına və şirkət rəhbərlərinin sorğusunun, Dünya İqtisadi Forumunun milli tərəfdaşlarla birgə - hesabatda təhlil edilən ölkələrdə rəqabət qabiliyyətlilik və iqtisadi inkişaf məsələlərində ixtisaslaşmış aparıcı elmi tədqiqat institutları və şirkətlərlə keçirdiyi geniş illik tədqiqatın nəticələrinə əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti