...

İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Azərbaycana gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2014 13:20 (UTC +04:00)
İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi sabah Azərbaycana səfər edəcək.
İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Azərbaycana gəlir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi sabah Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, M.Haşimini üçgünlük səfər zamanı 15 nəfərlik nümayəndə heyəti müşayiət edəcək. Heyətin tərkibində İranın İT sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri də var.

M.Haşimi səfər zamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşəcək, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq.

İran nümayəndə heyəti Azərbaycanın İT şirkətləri ilə də yaxından tanış olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti