...

Fazil Məmmədov: Azərbaycanın vergi sistemində kadrların davamlı inkişafı üçün uzunmüddətli strategiya tələb olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2014 13:33 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi və Avropa İttifaqı (Aİ) Azərbaycanın Vergilər Nazirliyinə insan resurslarının inkişafı sahəsində dəstək verilməsi" yeni tvinninq layihəsinin reallaşdırılmasına başlandığını elan ediblər.
Fazil Məmmədov: Azərbaycanın vergi sistemində kadrların davamlı inkişafı üçün uzunmüddətli strategiya tələb olunur (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Vergilər Nazirliyi və Avropa İttifaqı (Aİ) Azərbaycanın Vergilər Nazirliyinə insan resurslarının inkişafı sahəsində dəstək verilməsi" yeni tvinninq layihəsinin reallaşdırılmasına başlandığını elan ediblər. Layihə Fransa və İspaniyanın vergi administrasiyalarının tərəfdaşlığı ilə iki il ərzində həyata keçiriləcək.

Trend xəbər verir ki, çərşənbə günü layihənin təqdimatı zamanı vergilər naziri Fazil Məmmədovun dediyi kimi, belə layihələrin həyata keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən modernləşdirmə və Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq siyasətinin real nəticəsidir: "Məlum olduğu kimi, nazirliyimiz vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinə xüsusi diqqət ayırır və daimi əsasda beynəlxalq təcrübənin öyrənilməsi vasitəsi ilə onların dünya və Avropa standartlarına uyğunlaşdırırıq. Son illər AVIS, elektron bəyannamələrin tətbiqi, ƏDV depozit hesabı, elektron hesab-fakturalar, e-qeydiyyatlar, e-audit, mobil imzalar kimi layihələrin həyata keçirilməsi buna sübut ola bilər".

Məmmədovun fikrincə, bütün bu layihələrin hamısı yüksək texnologiyalara əsaslanır, insan resurslarının hazırlanmasının birinci planına, kadrların bilik və peşəkarlıq səviyyələrinin müasir tələblərə uğun artırılmasına daxildir: "Bu tapşırıqların yerinə yetirilməsi üçün nazirlikdə müasir maddi-texniki baza yaradılıb, Şamaxı rayonunda isə tədris mərkəzi fəaliyyət göstərir. Orada yüksək səviyyədə ixtisas artıma kursları və treninqlər keçirilir".

Həmin tədbirlər 2004-cü ildə təsdiqlənmiş Vergilər Nazirliyinin insan resurslarının inkişafı strategiyası çərçivəsində həyata keçirilir. Lakin dəyişən sürət templəri ilə çağırışlara adekvat cavab üçün insan resurslarının davamlı inkişafının təmin olunması üzrə tədbirlər gələcəkdə də görüləcək.

Nazirin sözlərinə görə, bununla yanaşı, yerlərdə treninqlərin təşkili, ümumilikdə müasir tədris proqramlarının və yeni tədris materiallarının işçilərə çatdırılması üçün müasir informasiya texnologiyalarından istifadə, məsafədən elektron təhsil zəruridir: "Peşə vərdişləri ilə yanaşı, məlumatların intellektual təhlili üsullarının tətbiqi, vergiödəyicilərlə tərəfdaşlıq münasibətlərinin qurulması, işdə müstəqil qərarların qəbulu vacibdir. Həmin məqsədlərə nail olmaq üçün insan resurslarının sistemli qaydada inkişafı üçün həm daxili, həm də xarici resurslar hesabına uzunmüddətli strategiyanın hazırlanması tələb olunur. Bununla əlaqədar gələcəyə yönəlmiş və müasir tələblərə cavab verən tənzimləyici normativlər və qaydalar işlənib hazırlanacaq".

Nazir Aİ-nin tvinninq layihələrinin xüsusiyyətlərini nəzərə alaraq, bu layihənin də Fransa və İspaniyanın vergi administrasiyaları ilə əməkdaşlıq üçün yeni imkanlar ayardacağına ümidini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti