...

"AtaBank"dan Qurban bayramı ilə əlaqədar növbəti aksiya

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2014 17:36 (UTC +04:00)
"AtaBank" ASC Azərbaycan xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edir və bayram ərəfəsində yeni kampaniyasına start verir.
"AtaBank"dan Qurban bayramı ilə əlaqədar növbəti aksiya

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

"AtaBank" ASC Azərbaycan xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edir və bayram ərəfəsində yeni kampaniyasına start verir.

Daim öz müştərilərini düşünən "AtaBank" ASC bu dəfə də Həcc ziyarəti zamanı müştərilərin ehtiyaclarını qarşılamaq məqsədilə onlara dəstək olur. Kampaniya çərçivəsində müştərilər Səudiyyə Ərəbistanında 2 həftə ərzində aparacaqları aşağıdakı əməliyyatlara görə banka 0% komissiya ödəyəcəklər:

- POS-terminal vasitəsilə ödəniş və nağd pulun çıxarılması
- ATM-lərdən nağd pulun çıxarılması
- Konvertasiya

Kampaniya 26 sentyabr - 10 oktyabr 2014-ci il tarixlərində keçirilir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti