...

Heydər Əsədov: Kənd təsərrüfatında sığorta sisteminin tətbiqi vacibdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2014 18:06 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İsveçrənin "SWISS Re" şirkətinin rəhbəri Martin Parkerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Heydər Əsədov: Kənd təsərrüfatında sığorta sisteminin tətbiqi vacibdir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İsveçrənin "SWISS Re" şirkətinin rəhbəri Martin Parkerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi aqrar sahədə sığorta risklərinin "SWISS Re" şirkəti tərəfindən təkrar sığortası ilə bağlı fikir mübadiləsinin aparılması olub.

H.Əsədov qonaqları səmimi salamlayaraq iqtisadiyyatın əsas prioritet sahəsi olan kənd təsərrüfatında sığorta sisteminin tətbiqinin vacibliyini qeyd edib və bu sahədə əməkdaşlığa önəm verdiyini bildirib.

M.Parker rəhbərlik etdiyi şirkət barədə ətraflı məlumat verərək bu şirkətin yeni innovasiyalar, yeni xidmətlərlə məşğul olduğunu qeyd edib, dünyada olan fəlakətlərin (su daşqınları, quraqlıq, zəlzələlər, güclü küləklər) 75 faizinin sığortalanmadığını, kənd təsərrüfatına böyük ziyanın dəydiyini, lakin ödənişin dövlət tərəfindən ödənildiyini bildirib. O, bu şirkətin sığorta sahəsində böyük təcrübəyə malik olduğunu və dünyanın bir sıra ölkələrində bu sistemin tətbiq olunduğunu, Azərbaycanla da bu sahədə əməkdaşlığa önəm verdiyini deyib.

Nazir kənd təsərrüfatına əsas iki təbii fəlakətin - quraqlıq və yoluxucu xəstəliklərin ziyan vurduğunu bildirərək sığorta sahəsində olan boşluqların aradan qaldırılması məqsədilə bu şirkət tərəfindən texniki köməkliyin göstərilməsi, sığorta sahəsində hüquqi bazanın yaradılması isqamətlərində bu şirkətin təcrübəsindən istifadə olumasını və gələcək birgə fəaliyyət üçün işçi qrupunun yaradılmasını məqsəduyğun hesab edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti