...

Heydər Əsədov: Azərbaycan İFAD-la əməkdaşlığı davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2014 11:26 (UTC +04:00)
Azərbaycan hökuməti Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) əməkdaşlığı davam etdirəcək.
Heydər Əsədov: Azərbaycan İFAD-la əməkdaşlığı davam etdirəcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan hökuməti Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) əməkdaşlığı davam etdirəcək. Trend xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov cümə axşamı Bakıda keçirilən İFAD iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi inkişafın əsas hədəfi qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafıdır. Onun inkişafını və bu istiqamətdə strategiyasını müəyyən etmək üçün belə seminarların keçirilməsi yolu ilə beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl biliklərdən istifadə vacibdir: "Bu sahədə bilik və vərdişlərin inkişafı üçün İFAD ilə uzunmüddətli əməkdaşlıq həyata keçirilir. Bu təşkilat artıq 17 ildir fəaliyyət göstərir. O, ərzaq təhlükəsizliyi, yoxsulluğun azaldılması, kənd təsərrüfatı infrastrukturunun yaradılması və s. ilə bağlı məsələlərin həllində mühüm rol oynayır. Son 15 il ərzində İFAD xətti ilə kənd təsərrüfatının inkişafına 15,8 milyard dollar yönəldilib ki, bu da milyonlarla vətəndaşın sosial vəziyyətini yaxşılaşdırmağa imkan verib və ümumilikdə, sektorun inkişafında böyük rol oynayıb. Fəaliyyət göstərdiyi dövr ərzində İFAD-ın investisiya portfeli təxminən 192 milyon dollar təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti