...

"PAŞA Həyat"ın əməkdaşları Moskvada keçirilən beynəlxalq təlimdə iştirak ediblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2014 14:54 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” şirkətinin əməkdaşları Rusiyanın Moskva şəhərində keçirilən «Digital Marketing Strategies in the Luxury Section» adlı beynəlxalq təlimdə iştirak ediblər.
"PAŞA Həyat"ın əməkdaşları Moskvada keçirilən beynəlxalq təlimdə iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"PAŞA Həyat Sığorta" şirkətinin əməkdaşları Rusiyanın Moskva şəhərində keçirilən "Digital Marketing Strategies in the Luxury Section" adlı beynəlxalq təlimdə iştirak ediblər.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin Trend-ə verdiyi məlumata görə, təlimdə dünyanın 10-a yaxın ölkəsindən 50-dək nümayəndəsi iştirak edib.

Beynəlxalq səviyyəli təlimdə vebsayt, elektron ticarət, sosial media, multimedia və brend kontenti üzrə startegiyaların hazırlanması, satışın təşkilində sosial şəbəkələrin rolu və mahiyyəti, sosial şəbəkələrdə müştərilərlə əlaqələrin düzgün təşkili üçün müəyyən alətlərdən istifadə yolları, son illər rəqəmsal marketinq sahəsində tətbiq olunan yeni texnoloji alətlər, həmçinin şirkətlər üçün dəbdəbəli seqmentlər üzrə rəqəmsal qiymətləndirmənin aparılması mövzuları üzrə geniş təqdimat edilib.

Təlimin nəticəsi olaraq, iştirakçılar onlayn brend reputasiyanınn necə idarəolunması, vebsaytın göstəriciləri üzrə analizinin və tədqiqatının aparılaması üçün ən vacib kriteriyalarından istifadə imkanları, yeni yaradılan rəqəmsal stategiyada metadologiya və alətlərdən istifadə, rəqəmsal və sosial marketinqdə satışların uğurlu tətbiqi üzrə nümunələr, rəqəmsal marketinqdə investisiyaların qayratılmasına (Return of investment-ROI) müasir baxış, satışın stumullaşdırılması məqsədilə rəqəmsal marketinq alətlərindən istifadə, eyni zamanda tanınmış düyna brendləri haqqında məlumatlar əldə edib.

Qeyd edək ki, tədbirdə "PAŞA Həyat"ı şirkətin Strateji inkişaf Departamentinin əməkdaşları təmsil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti