...

"FINCA Azerbaijan" Qovlar və Tovuz filiallarının uğurlarına həsr olunmuş tədbirlər keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2014 14:32 (UTC +04:00)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 09 Dekabr 2014-cü il tarixində Qovlar filialının yeni inzibati binasının açılış mərasimini həyata keçirdi.
"FINCA Azerbaijan" Qovlar və Tovuz filiallarının uğurlarına həsr olunmuş tədbirlər keçirib

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 09 Dekabr 2014-cü il tarixində Qovlar filialının yeni inzibati binasının açılış mərasimini həyata keçirdi. FINCA standartlarına tam cavab verən yeni müasir ofis Qovlar filialı tərəfindən müştərilərə göstərilən xidmətin ən yüksək səviyyədə olmasına və onların rahatlığının təmin olunmasına zəmin yaradır. Açılış mərasimində təşkilatın rəhbər şəxsləri ilə yanaşı, yerli İcra Hakimiyyətinin, müxtəlif bankların nümayəndələri və filialın müştəriləri də iştirak ediblər.

9 ilə yaxın regionda fəaliyyət göstərən Qovlar filialı 14 nəfərdən ibarət işçi heyətilə 3000 nəfərdən çox aktiv müştəriyə - kiçik və orta sahibkarlara biznes və kənd təsərrüfatı kreditləri təqdim etməkdə davam edir.

Elə həmin gün, FINCA Azerbaijanın 2012-ci ildən etibarən fəaliyyət göstərən Tovuz filialı da növbəti uğurlarından birinə - 10 milyon kredit portfeli hədəfinə çatmasına həsr olunmuş tədbir keçirmişdi. Qeyd olunan tədbirdə, FINCA Azerbaijan-ın rəhbər şəxsləri ilə yanaşı Tovuz rayon İcra Hakimiyyəti və əməkdaş bankların nümayəndələri, uzun müddət filial ilə əməkdaşlıq edən aktiv müştərilər iştirak ediblər.

Kredit portfelinə görə Qərb regionunda lider olan Tovuz filialı tədbirdə filialın 10 milyon kredit portfelinə çatmasında rolu olan müştərisi daxil olmaqla, ən uzun müddət filialla əməkdaşlıq edən 3 müştərisinə də hədiyyələr təqdim etmişdir.

Hal-hazırda, Tovuz filialı 26 nəfərdən ibarət işçi heyətilə 7000 nəfərdən çox aktiv müştəriyə maliyyə xidmətləri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti