...

Kapital Bank-dan ilin fürsəti

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2014 16:36 (UTC +04:00)
Nağd pul kreditini Kapital Bank-dan almaq indi daha sərfəli oldu.
Kapital Bank-dan ilin fürsəti

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Nağd pul kreditini Kapital Bank-dan almaq indi daha sərfəli oldu.

30 dekabr tarixinə qədər kredit üçün banka müraciət edən müştərilər komissiya faizlərində endirimlər qazanacaqlar. Kampaniya dövründə kreditin rəsmiləşdirilməsinə görə komissiya faizləri müddətdən asılı olaraq 12 aya görə 3%-dən 1%-ə, 24 aya görə 5%-dən 2%-ə, 36 aya görə 6%-dən 3%-ə qədər azaldılıb.

Kapital Bank-da nağd pul krediti 36 ayadək müddətə, maksimum 10.000 manata qədər verilir. Krediti bankın bütün filiallarından almaq olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti