...

"AtaBank" nizamnamə kapitalını ikiqat artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2015 12:01 (UTC +04:00)
Bakı Fond Birjasında “AtaBank” ASC-nin adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi prosesi başa çatıb.
"AtaBank" nizamnamə kapitalını ikiqat artırdı

Azərbaycan, Bakı, 12 yanvar/Trend/

Bakı Fond Birjasında "AtaBank" ASC-nin adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi prosesi başa çatıb. Bu barədə Trend-ə bazar ertəsi bankdan daxil olan məlumatda deyilir.

Bankdan verilən məlumata görə, hər birinin nominal dəyəri 20 manat olan 2500000 ədəd səhmin yerləşdirilməsi hesabına bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb.

Emissiyanın anderrayteri qismində "Brokdil-Az" MMC çıxış edib.

Sonuncu emissiyaya qədər "AtaBank" ASC-nin nizamnamə kapitalı 25 mln. manat idi. Bankın səhmdarları qismində Azərbaycanın "AtaHolding" ASC şirkəti (76%) və fiziki şəxslər (24%) çıxış edir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti