...

Expressbank-ın Zolotaya Korona üzrə aksiyasının ilk qalibləri müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2015 13:40 (UTC +04:00)
Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiya keçirir.
Expressbank-ın Zolotaya Korona üzrə aksiyasının ilk qalibləri müəyyən olunub

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə "Hədiyyəli pul köçürmələri" adlı aksiya keçirir. Aksiyanın yanvar ayı üzrə qalibləri müəyyən olunub. Cümə axşamı bankdan Trend-ə verilən məlumata görə, Expressbank-ın Əcəmi və Sumqayıt filiallarının müştəriləri müvafiq olaraq, planşet və smartfon qazanıblar.

Aksiyanın şərtlərinə görə Expressbank filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 AZN olmaqla ən çox köçürmə edənlər isə smartfon qazana biləcəklər. Aksiya 28 fevral 2015-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Qeyd edək ki, pul köçürmə xidmətlərini Expressbank-ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 160-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti