...

Bakıda yeni qənnadı mağazası açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2015 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Pierre Hermé Paris Azərbaycanın paytaxtı Bakı şəhərində yeni bir mağazanın açılışını elan etməkdən məmnunluq duyur. Əsil Paris təamı təklif edən Macarons & Chocolats kolleksiyaları ilə müstəsna olaraq "Port Baku Mall"-da tanış olmaq mümkün olacaq.

Qənnadı məlumatlarının mahir ustası Pierre Hermé qənnadı peşəkarları nəslindəndir və karyerasına 14 yaşında Gaston Lenôtre-yə şagirdlik etməklə başlamışdır. Qənnadı məmulatlarının əfsanəvi ustasının ona göstərdiyi təsir Pierre Hermé-nin sonrakı həyatında böyük rol oynamış və 20 yaşında Parisin Ərzaq Evi "Fauchon"-ın Rəhbəri olmasına yol açmışdır. Burada o, 11 il çalışmış və 1996-cı ildən etibarən onun həyatında Pierre Hermé Paris səhifəsi açılmışdır.

Pierre Hermé-nin makaron karyerası müddətində inkişaf etmişdir. Onun ilk dəfə makaronların hazırlanması təcrübəsi 1970-ci illərin ortalarına təsadüf edir və məhz həmin dövrdə o bu Fransız şirniyyatına ənənəvi yanaşmanı özünəməxsus şəkildə dəyişməyə müvəffəq oldu. 1986-cı ildə o sonralar klassikaya çevrilən və həmin dövr üçün yeni və cəsarətli dadlar olan Qızılgül və Yerfındığı kimi dadları təqdim etdi. Onun bu sənətə olan həvəsi günü-gündən artmış və Laym və Reyhan kimi dad və qarışıqların vəhdətini, tərkibində zeytun yağı və vanil olan Ağ Trüfel və Fındıq kimi mövsümi peçenyelər hazırlamağa müfəssəl olmuş və kiçik zeytun hissələrindən ibarət tamamilə qeyri-adi qarışıq yarada bilmişdir.

Ətriyyatçı kimi Pierre Hermé Taiti, Madaqaskar və Meksikadan gətirilmiş 3 müxtəlif vanildən ibarət vanil kolleksiyası kimi yalnız özünəməxsus dadlar yaratmış və Mogador - südlü şokolad və marakuyadan ibarət konfeti hazırlamaq üçün müstəsna olaraq özünün istehsal etdiyi şokoladdan istifadə etmişdir. Təbii inqrediyentlərə üstünlük verməsi meyvələrin dadını hiss etməyə imkan verir və Pierre Hermé-in fikrincə, şəkəri yalnız ədviyyat kimi əlavə etmək lazımdır, duz isə tarazlıq yaradır.

Bakıda açılan mağaza Pierre Hermé Paris makaronlarını təklif edir, məsələn: Infiniment Chocolat Païneras (Sırf Braziliyadan Tünd Şokolad), Infiniment Роse (Qızılgül və Qızılgül Ləçəkləri), Crème Brûlée (Vanil və Karamel hissələri), Infiniment Pistache (Sırf Siciliya yerfındığı), və Mogador (Südlü şokolad və marakuya), bunlar yalnız kolleksiyada mövcud olanların bəziləridir.

Bakıda açılan mağaza Pierre Hermé Paris-dən şokolad kolleksiyası təqdim edəcək. Bu kolleksiya dadı və müstəsna şokolad qarışıqlarını təqdim etməklə şokolad qlazurlu və şəkərdə qovurulmuş və yalnız şokoladla örtülmüş badamlı makaronlardan ibarətdir.

Pierre Hermé Paris Bonbons de Chocolat kolleksiyasına Makassar (düzlü-yağlı Mousse Ganache karameli, tünd şokolad qlazurlu), və Ouvre-toi (Şəkərdə qovurulmuş küngüt və şüdlü şokolad və südlü şokolad qlazurlu Küngüt Nuqa) daxildir. Bunlarla yanaşı, Lou (Zəncəfil və Şokolad Qlazur, tünd şokolad qlazurlu şəkərli zəncəfil) və unikal Choc Chocolat (Tünd Şokolad Qlazuru, Kakao dənəsindən Qrilyaj, tünd şokolad qlazurlu).

"Pierre Hermé Paris" 2015-ci ilin yanvar ayında "Port Baku Mall"-da açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti