...

Azərbaycanda ilk dəfə estetik lazer texnologiyaları mövzusunda I nəzəri-praktiki konfrans keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2015 09:18 (UTC +04:00)
17 fevral 2015-ci il tarixində “Azestetik Group”-un təşkilatçılığı ilə “Baku Flame Towers”-in Nizami Ganjavi Grand Ballroom-da Azərbaycanda ilk dəfə olaraq Estetik Lazer Texnologiyaları mövzusunda I nəzəri-praktiki konfrans keçiriləcək.
Azərbaycanda ilk dəfə estetik lazer texnologiyaları mövzusunda I nəzəri-praktiki konfrans keçiriləcək

Azərbaycan, Bakı, 16 fevral /Trend/

17 fevral 2015-ci il tarixində "Azestetik Group"-un təşkilatçılığı ilə "Baku Flame Towers"-in Nizami Ganjavi Grand Ballroom-da Azərbaycanda ilk dəfə olaraq Estetik Lazer Texnologiyaları mövzusunda I nəzəri-praktiki konfrans keçiriləcək.
Qeyd edək ki, 2009-cu ildən bəri fəaliyyət göstərən "Azestetik Group" stomatlogiya, kosmetologiya, xüsusi ilə də estetik lazer sahəsində yüksək keyfiyyətli avadanlıqların satışını, servisini və texniki xidmətini göstərir. Dünyanın 12 ölkəsində 40-a yaxın brendlə əməkdaşlıq edən "Azestetik Group"-un əsas məqsədi müştəri məmnuniyyətidir.
Nəzərinizə çatdırırıq ki, nəzəri-praktiki konfransda estetik lazer texnologiyaları üzrə məhşur alman mütəxəssisi Udo Şmidt iştirak edəcək və bu sahə üzrə öz təcrübəsini iştirakçılarla bölüşəcək. Konfransın sonunda baş tutacaq bağlanış mərasimində Eurovision mahnı müsabiqəsinin qaliblərindən biri Eldar Qasımovun ifası və uduşlu viktorina olacaq. Super priz olaraq qalibə Aleksandrit lazer aparatına birdəfəlik 10% endirim kartı hədiyyə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti