...

"Glass Construction" ən müasir taxta və alüminium-taxta pəncərə-qapı sistemlərini yeni açılan innovativ şourumunda təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2015 14:40 (UTC +04:00)
Geniş spektrli şüşə və şüşələnmə sistemlərini müştərilərinə təqdim edən şirkət 2015-ci ilin əvvəllərindən etibarən Almaniya,İtaliya və Polşa istehsalı olan klassik, modern və avanqard üslublara aid çox geniş çeşidli taxta və taxta-alüminium pəncərə-qapı sistemlərinin sifariş, idxal və montaj işlərinə start vermişdir.
"Glass Construction" ən müasir taxta və alüminium-taxta pəncərə-qapı sistemlərini yeni açılan innovativ şourumunda təqdim edir

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Geniş spektrli şüşə və şüşələnmə sistemlərini müştərilərinə təqdim edən şirkət 2015-ci ilin əvvəllərindən etibarən Almaniya,İtaliya və Polşa istehsalı olan klassik, modern və avanqard üslublara aid çox geniş çeşidli taxta və taxta-alüminium pəncərə-qapı sistemlərinin sifariş, idxal və montaj işlərinə start vermişdir.

Bu pəncərələrin digər pəncərələrdən başlıca üstünlüyü rütubət səviyyəsini qorumaqla yanaşı ekoloji-sağlam və təmiz havanın tənzimlənməsində mühüm rol oynamasıdır. Çox böyük təbii sağlamlıq xüsusiyyətlərini özündə cəmləşdirən bu pəncərə-qapı sistemləri orta enliklərin yaşıl meşələrinin palıd, meranti və şam ağaclarından hazırlanmışdır. Getdikcə dünyanın bir çox inkişaf etmiş ölkələri artıq son illər bu tipli məsələlərə diqqət ayıraraq sağlam həyatın təmin olunmasında taxta materiallardan hazırlanan pəncərə-qapılara önəm verirlər. Bu isə yəqin ki, qlobal səviyyədə ekologiya sahəsində baş verən müxtəlif dəyişikliklər və təhlüklərdən tutmuş məhəlli xarakterli problemlərə qədər gəlib çıxan məsələlərlə əlaqədar baş verməkdədir.

Günümüzdə insanların bilik və dünya görüşü inkişaf etdikcə onlar daha sağlam və təbii yaşam şəraitləri seçərək öz yaşayış məkanlarına da bu baxımdan çox ciddi yanaşırlar. Çünki, insan daimi yaşadığı ev, işlədiyi ofis və ya istirahətə yollandığı bağ və villaların tikintisində istifadə olunan materialların nə qədər sağlamlığa xeyirli və ya zərərli olmasına çox ciddi diqqət ayırmalıdır. Əks halda ən zəif tərəfimiz olan övladlarımızın gələcəyi də ekoloji zərərli vasitələrdən qurulmuş məkanlarda təhlükə altına düşmüş ola bilər. Qiymətinin digər materiallardan olan pəncərələrlə müqaisədə yuxarı olmasına isə yalnız özümüzün və ailəmizin sağlamlığının qorunmasına xərclənmiş vəsait aspektindən yanaşmaq lazımdır.

Unutmayın, itirilmiş sağlamlığı geri qaytarmaq heç də həmişə asan başa gəlmir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti