...

Manat 4 ölkənin valyutasına münasibətdə ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2015 18:00 (UTC +04:00)
Mərkəzi Bank özünün məzənnə siyasətini ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirib.
Manat 4 ölkənin valyutasına münasibətdə ucuzlaşıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin xeyli möhkəmlənməsinin və bu prosesin qeyri-neft sektorunun rəqabət qabiliyyətinə mənfi təsirinin qarşısını almaq üçün 2014-cü ildə 1,27 milyard həcmində valyutanın sterilizasiyanı həyata keçirib. Trend-in məlumatına görə, bu barədə AMB-nin ötən ilin yekunları üzrə pul siyasəti icmalında deyilir.

Qeyd olunur ki, dekabr ayında qonşu ölkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli devalvasiyasının psixoloji təsiri ilə Azərbaycanın valyuta bazarında ABŞ dollarına tələb əhəmiyyətli artıb və Mərkəzi Bank satış yönlü müdaxilələr edib.

Bu məqsədlə AMB 2014-cü ilin dekabrında 1,127 milyard dollar dəyərində intervensiya həyata keçirib. Nəticədə bazarda xarici valyutanın alışı üzrə əməliyyatların müsbət saldosu 142,8 milyon dollar təşkil edib.

Hesabat dövründə Mərkəzi Bank özünün məzənnə siyasətini ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirib.

Ölkənin tədiyə balansında profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Nəticədə hesabat ili ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi demək olar ki, dəyişməyib və cəmi 0.02% möhkəmlənib.

Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə təsir göstərib. Belə ki, Avrozona, Böyük Britaniya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Yaponiya, İsrail, Çin, Cənubi Koreya milli valyutalarına nəzərən manat həm nominal, həm də real olaraq möhkəmlənib. ABŞ, İran, Belarus, İsveçrə valyutalarına nəzərən isə manat real olaraq ucuzlaşıb.

2014-cü ildə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə) 24.6% bahalaşıb. Aparılmış model qiymətləndirmələrə görə NEM-in 1% möhkəmlənməsi istehlak qiymətlərini 0.28% bəndi azaldır.

İstehlak qiymətlərində fərq real effektiv kursa (REK) enmə təsiri edib. Hesabat dövründə qeyri-neft sektoru üzrə REK 17 faiz möhkəmlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti