...

Biznes inkubatorlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2015 18:58 (UTC +04:00)
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində treninq keçirilib.
Biznes inkubatorlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 4 mart /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avropa İttifaqının biznes inkubatorlar üzrə eksperti David Konvey tərəfindən keçirilmiş treninqdə İqtisadiyyat və Sənaye Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin, Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyinin əməkdaşları, eləcə də biznes inkubator iştirakçıları iştirak ediblər.

Tədbirdə iştirakçılara biznes inkubatorun idarə edilməsi və bu sahədə beynəlxalq təcrübə, biznes inkubatorun təşkilati idarəetmə strukturunun və idarəetmə orqanlarının yaradılması, biznes inkubatorun fəaliyyətinin təkmilləşdirilməsi və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, treninqdə biznes inkubator iştirakçıları ilə fərdi görüşlər keçirilib, biznesin təşkili və idarə edilməsi ilə bağlı konsaltinq xidmətləri göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər də paylanıb.

Treninq martın 6-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti