...

Cənubi Koreya Azərbaycana 300 milyon dollara yaxın vəsait ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2015 09:59 (UTC +04:00)
Azərbaycan Koreya Respublikası ilə əməkdaşlığa başladığı dövr ərzində və 2015-ci il yanvarın 1-dək 245,5 milyon dollar dəyərində 3 kredit sazişi imzalayıb.
Cənubi Koreya Azərbaycana 300 milyon dollara yaxın vəsait ayırıb

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir Elyaz Şəfiyev/

Azərbaycan Koreya Respublikası ilə əməkdaşlığa başladığı dövr ərzində və 2015-ci il yanvarın 1-dək 245,5 milyon dollar dəyərində 3 kredit sazişi imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2014-cü ilin yekunları üzrə hesabatında deyilir.

Hesabata əsasən, Yevlax-Gəncə avtomobil magistralının birinci kateqoriyaya çevrilməsi barədə 180 milyon dollarlıq layihənin reallaşdırılması artıq başa çatıb. Hazırda ümumi dəyəri 65,5 milyon dollar olan daha iki layihənin reallaşdırılması davam edir.

Hesabatda deyilir: "Koreya ilə əməkdaşlıq təkcə güzəştli kreditlərin verilməsi ilə məhdudlaşmır, çünki Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) xətti ilə layihələrin reallaşdırılmasına texniki yardım göstərilir".

Bundan başqa, KOICA ilə əməkaşlığın başlanmasından etibarən 10 qrant sazişi imzalanıb və bu çərçivədə Azərbaycana ümumilikdə 48,08 milyon dollar ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti