...

Bakıda "Paşa Bank"ın sponsorluq etdiyi Azərbaycan İnvestisiya Forumuna start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2015 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

17 mart tarixində Bakıda ölkənin ən iri banklarından biri "PAŞA Bank"ın sponsorluq etdiyi Azərbaycan İnvestisiya Forumu öz işinə başlayıb. Bankdan Trend-ə verilən məlumata görə, tədbir "The Economist" beynəlxalq jurnalının təşkilatçılığı ilə keçirilir.

"Neft hüdudlarından kənar - real sektorun inkişafı" şüarı altında keçirilən foruma 150-dən artıq dövlət xadimi, beynəlxalq investor və iş adamları dəvət olunub. Müzakirələrdə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi fondu (AZPROMO), "PAŞA Bank", "Ernst & Young", "Holcim", BP və sair bu kimi strukturların nümayəndələri iştirak edəcəklər.

Müzakirə panelləri çərçivəsində tədbir spikerləri Azərbaycan iqtisadiyyatının diversifikasiyası imkanları barədə, habelə, keçid dövrünün iqtisadiyyatı şəraitində müasir inkişaf meylləri və çağırışlar barədə fikirləri ilə bölüşəcək. Forum iştirakçıları, həmçinin, qeyri-neft sektorunun inkişaf perspektivlərini, ölkə iqtisadiyyatına neqativ xarici təsirin qarşısının alınması imkanlarını və hal hazırda digər aktual mövzuları müzakirə edəcəklər.

"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş İnvestisiya Inzibatçısı Taleh Kazımovun sözlərinə görə, Azərbaycan bu gün investisiyaların cəlb olunması baxımından regionun ən cəlbedici ölkələrindən biridir. T.Kazımov fikrini yekunlaşdıraraq bildirmişdir ki: "Ölkə qarşısında duranvacib məsələlərdən biri iqtisadiyyatın diversifikasiyasıdır ki, bu da hal hazırda uğurla həyata keçirilir. Bununla əlaqədar olaraq, bu cür tədbirlərin keçirilməsi əlverişli investisiya iqliminin daha da möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlarla işgüzar münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkandır. Öz növbəsində, PAŞA Bank, real sektor üçün güclü və sabit tərəfdaş mövqeyindən çıxış edərək, qeyri-neft sektorunda biznesin inkişafını dəstəkləməklə, ölkə iqtisadiyyatının diversifikasiyasına öz töhfəsini verməyə hazırdır".

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti