Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Azad Həsənli/
Neftin qiyməti sabitləşərsə, Azərbaycan manatının ciddi devalvasiyasını gözləməyə dəyməz.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədr müavini Alim Quliyev Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə əsasən, AMB manatın məzənnəsini bundan sonra da tənzimləyəcək və göründüyü kimi bazarda müəyyən sabitlik müşahidə olunur.
A.Quliyev qeyd edib ki, AMB sərəncamında olan ehtiyatları manatın məzənnəsinin gələcəkdə sabitləşdirilməsi üçün istifadə etmək niyyətindədir.