...

Kapital Bank artıq Hesab.az portalında

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2015 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bu gündən etibarən Kapital Bank müştəriləri banka olan Nağd pul və istehlak kreditləri, Kapitalkart taksit kartı və Təcili kredit xətti üzrə kredit borclarını Hesab.az vasitəsilə onlayn ödəyə bilərlər. Bununla yanaşı, kreditləri Kapital Bank filiallarındakı ödəmə terminalları vasitəsilə də ödəmək mümkündür.

Bankın Hesab.az portal ilə əməkdaşlığa başlaması münasibətilə 22 May tarixinə qədər kredit borcunu Hesab.az-la ödəyən müştərilərə 1 yox, 3 qat bonus veriləcək. Bunun üçün Hesab.az portalında qeydiyyatdan keçərək, Bank və Lizinq bölməsindən Kapital Bankı seçmək və Müştəri (CIF) kodu daxil etməklə ödəniş etmək kifayətdir. Qeyd edək ki, məbləğindən asılı olmayaraq borcların ödənişinə görə 1 AZN komissiya haqqı tutulur.

Xatırladırıq ki, Hesab.az portalı kommunal, mobil və stasionar telefon, internet, kabel televiziyası, kinoteatr biletləri və bir sıra digər ödənişləri onlayn ödəmək imkanı yaradır. Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az-ın 163 mindən çox qeydiyyatlı istifadəçisi vardır və hər gün ortalama olaraq 350 min manatdan çox ödəniş həyata keçirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 6 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

*Saat 17:00-dan sonra edilmiş ödənişlər növbəti iş günü edilmiş ödəniş kimi qəbul edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti