...

Rabitəbank və CONTACT pul köçürmələri sistemindən xüsusi Aksiya

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2015 13:58 (UTC +04:00)
Rabitəbank və CONTACT pul köçürmələri sistemindən xüsusi Aksiya
Rabitəbank və CONTACT pul köçürmələri sistemindən xüsusi Aksiya

Azərbaycan, Bakı, 8 may /Trend/

Rabitəbank ASC və CONTACT pul köçürmələri sistemi "Bakı-2015" I Avropa Oyunları ərəfəsində müştərilər üçün "Bakı - 2015, Kontaktlılar, Avropalılar, Sizinkilər" şüarı altında xüsusi aksiyaya start verib.

Bankdan Trend-ə verilən məlumata görə, mayın 31-dək davam edəcək aksiyada CONTACT ödəniş sistemi vasitəsilə Rabitəbankın istənilən filialında pul köçürməsi edən bütün müştərilər hədiyyə qazanmaq şansı əldə edəcək. Aksiya çərçivəsində yaradılan uduş fondu "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasiminə 10 bilet və bağlanış mərasiminə 20 biletdən ibarətdir.

Qaliblərin müəyyənləşdirilməsi üçün iki meyar əsas götürüləcək: aksiya müddətində ən çox məbləğdə və 300 ABŞ Dollarından az olmayaraq ən çox sayda pul köçürməsi edən müştərilər qalib ola biləcəklər.

Aksiyanın qaliblərinə hədiyyələrin təqdimatı mərasiminin iyunun 5-10-da keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti