...

Bank Respublika-nın "PayKart Kredit" kartından hamı faydalana bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2015 16:21 (UTC +04:00)
Bank Respublika-nın “PayKart Kredit” kartından (milli valyuta ilə) artıq hamı faydalana bilər.
Bank Respublika-nın "PayKart Kredit" kartından hamı faydalana bilər

Azərbaycan, Bakı, 25 may /Trend/

Bank Respublika-nın "PayKart Kredit" kartından (milli valyuta ilə) artıq hamı faydalana bilər.

İndi Bank Respublika-nın "PayKart Kredit" kartından əvvələr bankın müştərisi olmayanlar da faydalana bilərlər, həmçinin müştərilərin tələbatlarını nəzərə almaqla kart üzrə kredit xətti milli valyutada açılır.

Bank Respublika-nın Paykart KREDİT adlı kredit məhsulu alış-veriş zamanı hissə-hissə ödəniş etmək və zərurət yarandığı hallarda nağd pul vəsaitini əldə etmək imkanlarını yaradan, bərpa olunan kredit xəttli bank kartıdır.

Tanınmış brendlərdən ibarət geniş partnyor şəbəkəsi ilə yanaşı, yeni məhsul həmin şəbəkə xaricində ticarət məntəqələri seçimində alıcılara tam şəkildə sərbəstlik və istənilən zaman nağd pulun çıxarılmasını təklif edir.

MasterCard ödəniş sisteminin bazasında yaradılan bu kart, həmçinin xaricdə dünyanın 200-dən artıq ölkəsində kreditlə alış-veriş imkanı verir.

Partnyor şəbəkəsində faizsiz alış-veriş (PayPartner opsiyası)

PayKart KREDİT kartı ilə partnyor şəbəkəsində aparılan alışların ödənilməsi kart sahibinin istəyi ilə bərabər hissələrlə 3,6,9 və 12 aya bölünə bilər. Həmçinin partnyor şəbəkəsində aparılan alış-veriş tamamilə faizsiz elan edilir.

Partnyor şəbəkəsində kreditlə alış-veriş (PayClient opsiyası)

İstədiyiniz opsiya mövcud olmadıqda, konkret alış-veriş zamanı ödənişi 12 ay müddətinə bölmək imkanı verən PayClient opsiyasını seçmək olar.

Parnyor şəbəkəsindən xaric alış-veriş ("PayFree" və"PayTravel" opsiyaları)

Partnyor şəbəkəsindən xaric və xarici ölkələrdə MasterCard ödəniş sisteminin kartları keçərli olan satış məntəqələrində aparılan alışların ödənişi avtomatik qaydada 12 aya bölünəcək. Analoji ödənişlər kreditlə, müqavilədə göstərilmiş mövcud faiz dərəcəsinə uyğun həyata keçirilir.

Nağd vəsaitlərin çıxarılması ("PayCash"opsiyası)

Kartın PayCash opsiyası istənilən vaxt istər Azərbaycanda istər xaricdə pul vəsaitinin nağdlaşdırılmasına imkan verir. Bu opsiya həmçinin ödənişin 12 aya bölünməsini nəzərdə tutur və əlavə faizin nəzərə alınması ilə təqdim edilir. Burada nağdlaşdırılma üçün nəzərdə tutulan maksimal limit ümumi kredit xəttinin 30% təşkil edir.

Paykart Kredit kartını əldə etmək üçün gəlirlər haqqında arayış və ya kart hesabından çıxarışın təqdim edilməsi tələb olunur. Kart 5 il müddətinə 10 000 manatlıq maksimal kredit xətti ilə müştərilərə verilir.

Yeni kart müvəqqəti olaraq yalnız bankın mövcud və müsbət kredit tarixçəsi olan müştərilərinə verilir və yaxın zamanda bu məhsuldan digər müştərilər də faydalana biləcək.

PayKart Kredit kartı haqqında daha ətraflı məlumatı və kartın sifarişini www.paykart.az saytında, bankın rəsmi Facebook səhifəsində həmçinin bütün filial və şöbələrində əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti