...

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında artım var

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2015 04:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin may ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93,647 müqavilə qeydiyyata alınıb.

Trend-in İSB-yə istinadən verdiyi məlumata əsasən, bunların 14,790-nı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,9 milyon manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1 faiz, sığorta haqlarının məbləğində isə 6 faiz artım müşahidə edilib.

2015-ci ilin yanvar-may ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 397 min sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 30,1 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 14,5 faiz, sığorta haqlarının məbləğində isə 19,7 faiz artım müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti