...

"Visa" Azərbaycanda tərəfdaş bankların sayını artırmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2015 21:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Ənvər Məmmədov/

"Visa" beynəlxalq ödəniş sistemi Azərbaycanda emitent bankların sayını artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu "Visa" şirkətinin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Nurlan Hacıyev brifinqdə deyib.

Onun sözlərinə əsasən, bununla əlaqədar "Visa" ölkənin 3 bankı ilə danışıqlar aparır: "Hazırda bizim 36 emitent bankımız var. Aralarında "Caspian Development Bank" və "Ziraat Bank"ın olduğu 3 bankla danışıqlar aparırıq".

N.Hacıyev qeyd edib ki, hazırda Azərbaycanın 20 bankı internet mühitdə təhlükəsiz ödənişlər xidmətini (Verified by Visa) göstərir: "Azərbaycan bankları, həmçinin nağdsız ödəniş xidmətləri (Visa pay Wave) də təqdim edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti