...

Ötən ay 5325 vergiödəyicisi qanunvericiliyi pozub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2015 00:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

2015-ci ilin may ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergiödəyicilərin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5325 vergiödəyicidə qanunvericiliyin pozulması faktları aşkarlanıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 1186 vergiödəyici tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 392 vergiödəyicinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 845 vergiödəyicinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

256 vergiödəyici tərəfindən 535 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 254 vergiödəyici tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 54 vergiödəyicidə aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti