...

Azərbaycan bankı Avropa Gimnastika İttifaqı ilə müqaviləni uzatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2015 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan bankı "Kapital Bank" ASC ilə Avropa Gimnastika İttifaqı (UEG) arasında 2013-cü il aprel ayından qüvvədə olan əməkdaşlıq müqaviləsinin müddəti daha bir il - 2016-cı ilin may ayınadək uzadılıb. Trend xəbər verir ki, bu barədə UEG-in yaydığı məlumatda deyilir.

Müqavilə müddətinin uzadılması ilə bağlı saziş Bakıda I Avropa Oyunları çərçivəsində UEG prezidenti Jorj Gelzek və "Kapital Bank"ın İdarə heyətinin sədri Rövşən Allahverdiyev tərəfindən imzalanıb.

Müqaviləyə əsasən, "Kapital Bank" UEG təqvimində yer alan rəsmi yarışlar zamanı brendinin reklamını genişləndirəcək. Bu saziş sayəsində UEG maliyyə bazasını möhkəmləndirəcək ki, bu da ittifaqa üzv olan 48 milli federasiyanın inkişaf layihələrini dəstəkləməyə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti