Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının (BOKT) 3 milyard manat dəyərində faizli, təmin edilmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Bu barədə Trend QKDK-nin saytına istinadən məlumat verir.
Emissiya çərçivəsində BOKT-un hər birinin nominal dəyəri 1 manat olan 3 milyard istiqrazı buraxılıb.
Qeyd edək ki, "Aqrarkredit" QSC-nin istiqrazlarının emissiyası "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin maliyyə vəziyyətinin sağlamlaşdırılması və idarəçiliyinin təkmilləşdirilməsi, bankın verdiyi vaxtı ötmüş kreditlərin qaytarılması və problemli aktivlərin idarə edilməsi ilə bağlı vəziyyət üzrə tədbirlərin bir hissəsidir.