...

İnkişaf mərhələləri (II hissə) Azərbaycanın cari yeri

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2015 11:28 (UTC +04:00)
Azərbaycanın modernin tarixi seçimi 19-cu əsrdə baş verib, nə zaman ki müxtəlif səbəblər üzündən öz dövlətini qura bilməyəndə, üç qonşu Böyük İmperiyalardan ən inkişaf etmişi – Rusiya İmperiyası seçildi.
İnkişaf mərhələləri (II hissə) Azərbaycanın cari yeri

Ekspert Fərhad Əmirbəyov

Azərbaycanın modernin tarixi seçimi 19-cu əsrdə baş verib, nə zaman ki müxtəlif səbəblər üzündən öz dövlətini qura bilməyəndə, üç qonşu Böyük İmperiyalardan ən inkişaf etmişi - Rusiya İmperiyası seçildi.

Feodal cəmiyyətində kapitalist münasibətlərinin yaranması patriarx həyat tərzinin tez pozulmasına gətirdi.Azərbaycan premoderndən modernə keçidə başladı. Bu, bir tərəfdən, əl əməyi ilə bağlı bir çox peşə və bacarıqların itməsinə gətirdi, lakin , eyni zamanda maşın və mexanizmlərin meydana çıxması ilə əlaqədar yeni peşələrə tələbat yarandı, o peşələrə ki, onlara ya keçmiş adamlardan öyrənmək olardı, ya əvvəlcədən savadı və xarici dilləri öyrənərək.

Ticarət-pul münasibətləri və kəndlərdə tərdicən mexanikləşmə kənd işçi əllərinin görünməyən boşalmasına gətirdi. Həddindən artıq ucüz əmək və ancaq silah gücünə deyil, həmçinin ümumi ticarət hüquqi ilə dəstəklənən,Azərbaycanın böyük bazara inteqrasiyası və həmçinin bizdə dəmir yolların, buxarla işləyən maşınların və s. yaranması sənayenin yaradılması üçün əsaslar qoydu. 19-cu əsrin sonundakı neft küy-kələyi çox tez sənaye-investisiya səs- küyünə çevrildi. Bakıda kommersiya banklarının və 1886-cı ildə ticarət-fond birjasının təsis edilməsi buna sübutdur.

Sovet dövründə Azərbaycan tək ikinci neft səs- küyünü deyil, həmçinin sənayeləşdirmənin yeni yüksəlişini yaşadı. 1985-ci ilə bizim respublikamızın sənayesinin strukturunda neft və qaz hasilatı 3% yaxın təşkil edirdi,qalan yeri emaledici və işlənilmə sənayesi tuturdu. Azərbaycan öz inkişafında modern səviyyəsinə çıxan SSRİ-nin az sayda Respublikalarından biri idi.

Üçüncü və sonuncu neft səs-küyü SSRİ dağılmasından sonrakı dövrə düşdü, 90-cı illərin ikinci yarısına və 2011-ci ilə qədər. Azərbaycanın müstəqilliyi dövründə neft hasilatının zirvəsinə 2010-cu ildə nail olundu və o vaxtdan neft hasilatı tədricən azalır. Hələ Rusiya imperiyasının vaxtında qurulmağa başlayan, vaxtı ilə vahid kənd təsərrüfatının 20-ci əsrin 90-cı illərdə dağılması, obyektiv bizim iqtisadiyyatımızın sənayeləşdirilməsinin pozulmasına gətirdi. Böyük neft və qaz ehtiyatlarının olması, onların qeoloji və qismən infrastruktur işlənilməsi bizə iqtisadiyyatı tez və ən az itkilərlə yeni tərzdə qurmağa imkan verdi.

90-cı illərin ikinci yarısında Azərbaycanda monoeksport ( neft) xammal modeli quruldu. Biz özümüzdə artıq istehsal etmədiyimiz və ya ümumiyyətlə istehsal etmədiyimiz mal və xidmətlər ölkəyə idxal olunmağa başladı. 2013-cü ildə sənayenin strukturunda neft və qaz hasilatının payı artıq 74% yaxın təşkil etdi. Nəzərə alaraq hətta ki, əhalinin 46% şəhərlərdə yox, kəndlərdə yaşayır, Azərbaycanın premodern mərhələsində olması faktını təsdiqləmək olar, baxmayaraq ki, 19-cu əsrin sonunda olduğundan fərqli olaraq, daha yüksək texnoloji səviyyəsindədir. Biz, bir cəmiyyət kimi, bizim üzərimizə düşən çətinlikləri yaşamağa, həm də gələcək inkişaf üçün böyük potensial toplamağa imkan verən bu xammal modelindən kifayət qədər səmərəli istifadə etdik.

Beləliklə, biz yenə də premoderndəyik. Və sualı belə qoymaq olar: yenə modern (sənayeləşdirmə) yolu ilə gedək və ya başqa yolu seçək?

Gəlin, digər ölkələrin təcrübəsinə baxaq.Tədqiqatlara əsasən, 2-ci dünya müharibəsindən sonrakı dövrdə "yeni sənaye ölkələrin" 4 qrupu aşkar edilmişdir (YSÖ). Aydın oldu ki, modernin təkrarlanması zamanı hər dəfə artım mərhələsi keçən dəfə olduğundan daha qısadır. Əgər keçən əsrin 50-60-cı illərində sənaye modelinin atrım mərhələsi 30-40 il uzunluğunda idi, 80-90-cı illərdə o artıq 20 ilə və daha az bərabər oldu.

Anlamaq lazımdır ki, əgər Azərbaycan gözübağlı sənayeləşdirmə (modern) yolu ilə getməyə qərara alar, o zaman o bir çox "uzun" investisiyaları ödəyə bilməz. Bizim uzun layihələrə investisiya etmək üçün xüsusi ehtiyatlarımız, həm maliyyə, həm insan ehtiyatlarımız yoxdur.Bizim ehtiyat və vaxt itirmək təhlükəmiz var və çox böyük ehtimalla, nəticədə sənaye "möcüzəsini" almayacayıq. Axı iş ancaq qeyri-maddi aktivlərə yox, həm də insanlara investisiyalardadır.

Modern mərhələsi keyfiyyətli kütləvi təhsilin və əlçatan təbabətin olmasını nəzərdə tutur. Bu sahələr onilliklər ərzində getməyə gücümüz olmayan, həcmlə həddindən artıq olan investisiyaları tələb edirlər.

Qüvvədə olan iqtisadi model çərçivəsində həll edilməyən təhsildə, maliyyə, vergi, miqrasiya siyasətində üstünlüklər və s. kimi ciddi məsələlər ancaq ölkənin sonrakı inkişaf modeli seçiləndən sonra həll oluna bilərlər. Məsələlərin cavabı ancaq yeni inkişaf paradiqmasının müəyyən edilməsi çərçivəsində tapıla bilərlər.

Deməli, yığılan problem və ziddiyyətlərin həllini axtarmaq lazımdır, o isə başqa sahədədir.

Bunlar haqqında növbəti materialda.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti