Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir Maksim Tsurkov/
2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 210 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 16,7 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 8 ayının yekunu üzrə hesabatında deyilir.
Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 370 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 79,1 faiz azdır.
Cari ilin ilk 8 ayında ölkədə 670 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 23,3 faiz azdır.
Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod - Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.