...

Bakıda Azərbaycan-Avstriya İşgüzar Görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2015 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

Oktyabrın 19-da Vyana İqtisadiyyat Palatasının rəhbəri Valter Rukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Avstriya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstriya İşgüzar Görüşü keçiriləcək.

Bu barədə Trend AZPROMO-ya istinadən məlumat verir.

İşgüzar görüşə tikinti, əczaçılıq, turzim, logistika, tibbi avadanlıqların istehsalı, kənd təsərrüfatı, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 16 Avstriya şirkətinin qatılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti