...

Bakı-Tbilisi-Qars dəmir yolu gələn ilin III rübündə tam gücü ilə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2015 14:07 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti 2016-ci ilin III rübündən tam gücü ilə işləyəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu gələn ilin III rübündə tam gücü ilə işləyəcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti 2016-ci ilin III rübündə tam gücü ilə işləyəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclası çərçivəsində deyib.

A.Şərifovun sözlərinə görə, Türkiyədə işləri (BTQ üzrə) gələn ilin I rübündə başa çatdırmaq nəzərdə tutulub: "Biz gələn ilin l rübündə dəmir yolunun Azərbaycan hissəsinin tam istismara veriləcəyini gözləyirik. Hesab edirəm ki, 2016-cı ilin III rübündə dəmir yolu tam işə düşəcək".

A.Şərifov qeyd edib ki, gələn BTQ çərçivəsində Bosforun altından dəmir yolu tunelinin tikilməsi planlaşdırılır: "Bu tunelin istismara verilməsi BTQ-nin əhəmiyyətini artıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti