...

"Bank VTB" (Azərbaycan) "Fiksi-şou" tamaşasının sponsoru olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2015 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"Bank VTB" (Azərbaycan) Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı ilə əməkdaşlığa davam edir. Bankdan Trend-ə verilən məlumata görə, bu dəfə bankın dəstəyi ilə Yeni il ərəfəsində teatrın səhnəsində uşaqlara "Fiksi-şou" tamaşası nümayiş olunacaq. "Fiksi-şou"da uşaqlar nəinki tamaşaçı, eləcə də iştirakçıya çevriləcək.

"Bank VTB" (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib: "Bu ilin əvvəlindən bizim bank Rus Dram Teatrı ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində biz bir sıra teatr layihələrini dəstəkləyirik ki, bu da Azərbaycan əhalisinə Rusiyanın aparıcı teatr kollektivləri və tamaşaları ilə tanış olmağa imkan verir. Belə tamaşalardan birinə gənc tamaşaçılar Yeni il ərəfəsində baxa biləcək".

"Bank VTB" (Azərbaycan) ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB" (Azərbaycan) ASC-nin səhmdarları "VTB Bank" ASC və "AtaHolding" ASC-dir. "Bank VTB" (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti