...

"Amrahbank" ilin ən yaxşı HR komandası seçildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2015 18:06 (UTC +04:00)
“İlin HR komandası” müsabiqəsinin qalibi elan olundu.
"Amrahbank" ilin ən yaxşı HR komandası seçildi

Bakı. Trend:

"Amrahbank" 16.11.2015-ci il tarixdə "Bulvar" hoteldə "P World" beynəlxalq şirkətinin təşkilatçılığı, "PAŞA Bank"ın, Fireworks HRM sərgi şirkətinin, AMCHAM təşkilatının sponsorluğu ilə keçirilən xarici ekspertlər qrupunun iştirak etdiyi "Baku HR Experience 3" (Bakı İnsan Resursları 3) adlı tədbir çərçivəsində orta ölçülü şirkətlər qrupunda "İlin HR komandası" müsabiqəsinin qalibi elan olundu.

Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən ən nüfuzlu yerli və beynəlxalq şirkətlər, o cümlədən "Amrahbank", "Germes Consulting", "Nobel Oil Ltd", AZFEN B.M. və digər öndə gedən şirkətlər müxtəlif kateqoriyalar üzrə müsabiqədə iştirak edirdilər.

Müsabiqədə iştirak etmək üçün müraciət edən şirkətləri beynəlxalq səviyyəli tanınmış ekspertlərdən təşkil olunmuş münsiflər heyəti qiymətləndirmişdir. "Strategy Focused HR" şirkətinin idarəetmə üzrə direktoru (managing director) cənab Ron Thomas, "Diageo" beynəlxalq şirkətinin Avropada İnsan Resursları üzrə keçmiş direktoru cənab Albert Hakkers, "Bristol-Myers Squibb" şirkətinin Fransada İnsan Resursları üzrə keçmiş vitse-prezidenti xanım Yolaine von Barczy, "Philips" şirkətinin Dəyişikliklərin İdarəedilməsi və Mədəniyyət məsələləri üzrə keçmiş qlobal rəhbəri və vitse-prezidenti xanım Teddy Frank, "Deloitte" şirkətinin Şimali Amerikada İnsan Resurslarının Təkmilləşdirilməsi üzrə rəhbəri cənab Dennis Frank münsiflər heyətinin üzvü idilər.

Qiymətləndirmə meyarlarına isə finala namizəd şirkətlərin son illərdə kadrların inkişafı üzrə əldə olunmuş irəliləyişləri, korporativ nailiyyətləri, kadrların idarəolunması siyasəti üzrə aparılan islahatları, işçi heyətinin artımı, korporativ tədbirlərin təşkili, iş mühitində mövcud olan şəffaf şərait, işçi heyətinin inkişafı üzrə yaradılmış perspektivlər və digər göstəricilər daxil edilmişdir. "Amrahbank"ın son illər ərzində bu göstəricilər üzrə fəaliyyəti beynəlxalq ekspertlər tərəfindən çox yüksək qiymətləndirilərək orta ölçülü şirkətlər qrupunda "İlin ən yaşı HR komandası" üzrə keçirilən müsabiqənin final mərhələsinin qalibi elan edildi. Burada xüsusilə qeyd etmək istərdik ki, "Amrahbank" 2013-cü ildə də "Baku HR Experience 1" müsabiqəsində orta ölçülü şirkətlər qrupunda "İlin ən yaşı HR komandası" elan olunmuşdur. Beynəlxalq səviyyəli tədbirdə xarici ekspertlər tərəfindən "Amrahbank"ın bu mükafata ikinci dəfə layiq görülməsi bankın kollektivi üçün çox qürurvericidir.

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda 24 filialiı və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti