...

Kontur xətli "COCA-COLA" şüşə qabının 100 yaşını qeyd etdiyini bilirdinizmi?

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2015 12:37 (UTC +04:00)
Kontur xətli məşhur Coca-Cola şüşə qabının 100 yaşını qeyd etmək üçün “Microsoft” şirkəti “Coca-Cola” sevənlər üçün çox unikal bir əyləncə imkanı yaradıb.
Kontur xətli "COCA-COLA" şüşə qabının 100 yaşını qeyd etdiyini bilirdinizmi?

Bakı. Trend:

Kontur xətli məşhur Coca-Cola şüşə qabının 100 yaşını qeyd etmək üçün "Microsoft" şirkəti "Coca-Cola" sevənlər üçün çox unikal bir əyləncə imkanı yaradıb.

"Coca-Cola" və "Microsoft" şirkətlərinin əməkdaşlığı ilə yaradılan www.How-Old.net səhifəsi vasitəsilə hər kəs "Coca-Cola" ilə olan şəklini müvafiq pəncərəyə yükləyir, insanların üz cizgiləri təhlil edən funksiyalı platforma isə həmin şəxsin və "Coca-Cola" şüşəsinin yaşını müəyyən edir. Bu yaxınlarda təqdim edilən bu əyləncəli səhifəyə artıq 85 milyondan artıq insan daxil olmuşdur.

Bu aksiya "Coca-Cola" şüşə qabının 100 illik yubileyinə həsr olunmuş və il ərzində "Coca-Cola" şirkətinin keçirdiyi müxtəlif kampaniyalardan biridir. Kampaniyası çərçivəsində bütün dünyada 140-dan çox müxtəlif aksiya keçirilib.

Dünyaca məşhur "Coca-Cola" şüşə qabı 16 noyabr 1915-ci ildə ABŞ-ın İndiana ştatında fəaliyyət göstərən "Root Glass" şirkəti tərəfindən yaradılıb. Sadə bir toxunuşla ayırd ediləcək və sındığı halda hətta qırıntılarına görə tanınacaq fərqli dizayna malik şüşə qab - 100 illiyini qeyd edən kontur xətli "Coca-Cola" butulkasının hazırlanması üçün verilən sifarişin əsas şərti məhz bu cür səslənirdi.

Bir əsr sonra ikonaya çevrilmiş "Coca-Cola" şüşəsi 2015-ci ildə möhtəşəm yubileylə bağlı keçirilən reklam kampaniyasının mərkəzi elementinə çevrilib. Kampaniya çərçivəsində Merlin Monro, Elvis Presli, Rey Çarlzın "Coca-Cola" butulkası tərəfindən "öpülməsi" təsvirlərinin yer aldığı "Öpülənlər" ("Kissed By") adlı qlobal reklam kampaniyası keçirilib. Bununla yanaşı, kampaniyanın tərkib hissəsi olaraq kanadalı ifaçı Françesko Yets tərəfindən əfsanəvi butulkaya həsr olunmuş "Nobody like you" adlı yeni himn təqdim edilib və həmçinin Norman Rokvel, Piter Bleyk kimi dünyaca tanınmış rəssamların əsərlərinin sərgisi təşkil olunub.

"100 il ərzində "Coca-Cola" şüşə qabı funksional istehlak qablaşdırmasından pop sənətinin ikonasına çevrilib. Bu il biz şüşə butulkanın əlamətdar yubileyini, biznesimizdə bu gün oynadığı və gələcəkdə oynayacağı mühüm rolu qeyd edirik", - deyə "Coca-Cola" şirkətinin Qlobal Qazlı İçkilər bölməsinin vitse-prezidenti Keti Beyn bildirib.

"Coca-Cola" 100 illik yubiley kampaniyasını yeni təşəbbüslə davam etdirir: "Ogilvy & Mather Paris" agentliyi ilə birgə hazırlanmış ad günü mövzulu 15 saniyəlik video-çarxda şüşə qab və qapaqlardan hazırlanmış gözəl görüntülü qrafik şamlar "Happy Birthday" mahnı sədaları altında təsvir olunub.

Yubiley kampaniyası Azərbaycanda televiziya, radio və şəhər reklamı, həmçinin bir sıra promo-aksiyalar vasitəsilə müxtəlif istiqamətlərdə həyata keçirilib.

Televiziya kampaniyası çərçivəsində xüsusi olaraq "Coca-Cola" şüşəsinə həsr olunmuş üç reklam çarxı nümayiş etdirilib: "Pssst", "Curves" və "Rocket Launch". Şəhər ərazisində "100 il buz kimi" yazısı əks olunmuş parlaq reklam lövhələri də Bakı sakinləri və paytaxtın qonaqlarını salamlayıb.

Bundan əlavə, "Milyonlarla 1L "Coca-Cola" Hədiyyə" adlı xüsusi promo-aksiya keçirilib. Aksiya çərçivəsində 2 və ya 2,5 litrlik qabların qapağı altında 1L simvolunu tapan hər kəs onu müvafiq olaraq 1 litrlik pulsuz "Coca-Cola"ya dəyişmək şansından faydalanıb.

"Coca Cola" şirkəti haqqında:
"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti