Bakı. Trend:
Kapital bazarının inkişafına öz tövhəsini verən və daim gəncləri yeni layihələrlə maarifləndirməyə çalışan AzFinance İnvestisiya şirkəti "İnvestisiya əsasları" mövzusunda növbəti seminar keçirib.
Trend-in məlumatına görə, seminar səhm bazarının əsasları, Rusiya və ABŞ bazarları arasındakı fərqləri, eləcə də passiv gəlir və vəsaitlərin effektiv artırılması üsulları mövzusunda keçirilib. AzFinance İnvestisiya şirkətinin mütəxəssisləri seminar iştirakçılarına geniş maraq doğuran mülahizələr söyləyib. Bildirilib ki, bu kimi seminarların təşkil olunması iştirakçıların maliyyə-investisiya biliklərinin artırılmasına, maarifləndirilməsinə və investisiya mədəniyyətinin formalaşmasına dəstək verkmədir. Seminarda geniş fikir mübadiləsi aparılıb və iştirakçıları marağlandıran suallar cavablandırılıb. İştirakçılar şirkətin davamlı şəkildə keçirilən maarifləndirici seminarlarını, gənclərə vərən dəstəyi və seminarın gedişatını yüksək giymətləndiriblər.
AzFinance İnvestisiya şirkəti maliyyə-investisiya biliklərinin artırılmasında maraqlı olan şəxsləri, seminarlarda iştirak etməyə və qeydiyyatdan keçmək üçün şirkətin facebook səhifəsini izləməyə dəvət edir.