...

"PayKart"dan Yeni il nağdlaşdırması

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2015 18:10 (UTC +04:00)
Yeni il ərəfəsində "Bank Respublika" “PayKart Kredit” kartı sahibləri üçün bayram kampaniyası keçirir.
"PayKart"dan Yeni il nağdlaşdırması

Bakı. Trend:

Yeni il ərəfəsində "Bank Respublika" "PayKart Kredit" kartı sahibləri üçün bayram kampaniyası keçirir.

Bankdan Trend-ə verilən məlumata görə, dekabr və yanvar aylarında "PayKart" sahibləri sərbəst şəkildə kredit xəttinin 50% məbləğini nağdlaşdıra biləcəklər. Xatırladaq ki, nağdlaşdırma üçün nəzərdə tutlan komissiya haqqı artıq 1% təşkil edir.

Vəsaiti "Bank Respublika"nın uyğun bankomatından və ya digər bankların bankomatından nağdlaşdırmaq mümkündür. Nağdlaşdırılmış pulun ödənişi əlavə faizin hesablanması şərti ilə (2.1% aylıq) avtomatik qaydada 12 aya bölünür.

Beləliklə, bayram günlərində "PayKart Kredit" kartı sahibləri vəsait çatışmazlığını düşünmədən Yeni il alış-verişlərini daha rahat şəkildə edə biləcəklər.

"PayKart Kredit" kartını bu linkə daxil olmaqla sifariş etmək olar: https://www.paykart.az/page/23

Məqalədə:
Xəbər lenti

Xəbər lenti